“Səbail” qapıçısı Nikolas Hagen ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib. Qvatemalalı qolkiperə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Qvatemala millisinin də üzvü olan Nikolas Hagen “Səbail”də ötən mövsümün əvvəlindın çıxış edirdi. O, bu komandada 27 oyuna çıxıb, 37 qol buraxıb. Qolkiper 6 oyunda qapısını toxunulmaz saxlamağı da bacarıb.
“Səbail” Hagendən öncə Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze, Ali Sisey, Ruslan Hacıyev, Ürfan Abbasov, Amil Yunanov və Məqsəd İsayevlə də yollarını ayırmışdı.


