Albaniyalı müdafiəçi Yurgen Qoxa “Qəbələ”dən ayrılıb. Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu sözügedən klubu Premyer Liqanın digər təmsilçisi “Səbail”lə əvəzləyib.
Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. O, Bakı klubu ilə 1 illik müqavilə imzalayıb.
Yurgen Qoxa 2020-ci ilin yanvarından “Qəbələ”də çıxış edirdi. Albaniyalı futbolçu əvvəllər “Biliş”, “Tirana”, “Erzeni”, “Şenkolli” kimi klubların da formasını geyinib.


