“Neftçi”nin seriyası qırıldı

“Neftçi”nin futbol üzrə Azərbaycan Premyer Liqasındakı qollu oyunlar seriyası qırılıb. Arena.az xəbər verir ki, Bakı klubu 9-cu turun “Qarabağ”la görüşündə fərqlənə bilməyib – 0:4.

Cari mövsümün əvvəlki 8 matçının hamısında qol sevinci yaşayan “ağ-qaralar” ötən çempionatın son 7 qarşılaşmasında da rəqib qapısına yol tapmışdı. Bu il aprelin 4-də öz meydanında “Sumqayıt”a 0:2 hesabı ilə uduzandan sonra paytaxt təmsilçisi ardıcıl 15 oyunda qol vurmuşdu.

Bu görüşlərdə “Neftçi” ümumilikdə 33 dəfə fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: