Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun oyunları 27-29 noyabr tarixləri aralığında keçiriləcək.
İlk oyun günündə iki görüş baş tutacaq. “Sabah” “Keşlə”ni, “Neftçi” isə “Səbail”i qəbul edəcək.
İkinci oyun günündə “Sumqayıt”la “Zirə” qarşılaşacaq. Turun qapanış matçında isə lider “Qarabağ” əsas izləyicisi “Qəbələ”nin qonağı olacaq.
12-ci turun bütün oyunları “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
12-ci tur
27 noyabr
“Sabah” – “Keşlə”
Masazır. “Bank Respublika Arena”, 16:00.
“Neftçi” – “Səbail”
Bakı. “Bakcell Arena”, 18:15.
28 noyabr
“Sumqayıt” – “Zirə”
Sumqayıt. “Kapital Bank Arena”, 16:00.
29 noyabr
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 16:00.


