Futbol üzrə Azərbaycan millisi FİFA-nın reytinq siyahısında yenə geriləyib. Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün yeni reytinq siyahısını açıqlayıb.
Yığmamız ötən siyahı ilə müqayisədə bir pillə geriləmək məcburiyyətində qalıb. Canni De Byazinin çalışdırdığı komandamız hazırda 1139.02 xalla 120-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan yığması ötən ay da iki pillə geriləmiş və 119-cu sıraya yuvarlanmışdı.
Xatırladaq ki, Azərbaycan millisi noyabrda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa doğma meydanda 1:3 hesabıyla uduzub. Komandamız Qətər yığmasıyla yoxlama oyunundan da 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Reytinq siyahısına 1828.45 xalla Belçika yığması başçılıq edir. Braziliya millisi 1826.35 xalla ikinci, Fransa yığması isə 1786.15 xalla üçüncüdür.
Qardağ Türkiyə yığmasına gəlincə, “ay-ulduzlular” ötən ayla müqayisədə iki pillə irəliləyiblər və hazırda 1472.72 xalla 37-ci sırada qərarlaşıblar.
FİFA reytinqində ilk 20 pillədə qərarlaşan komandalar bunlardır:
- Belçika – 1828.45
- Braziliya – 1826.35
- Fransa – 1786.15
- İngiltərə – 1755.52
- Argentina – 1750.51
- İtaliya – 1740.77
- İspaniya – 1704.75
- Portuqaliya – 1660.25
- Danimarka – 1654.54
- Niderland – 1653.73
- Almaniya – 1642.47
- ABŞ – 1647.14
- İsveçrə – 1642.83
- Meksika – 1638.76
- Xorvatiya – 1620.74
- Kolumbiya – 1607.15
- Uruqvay – 1596.66
- İsveç – 1588.26
- Uels – 1578.01
- Seneqal – 1561.68.


