Premyer Liqada 12-ci turun oyun cədvəli bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 4-5 dekabrda keçiriləcək.

Turun açılış matçında “Keşlə” “Səbail”lə qarşılaşacaq. Lider “Qarabağ” isə “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək.

Son çempion “Neftçi” bu turda “Sumqayıt”la üz-üzə gələcək. Turun qapanış matçı isə “Zirə” ilə “Qəbələ” arasında baş tutacaq.

Azərbaycan Premyer Liqası
12-ci tur
4 dekabr

“Keşlə” – “Səbail”
Bakı. “ASK Arena”, 16:00.

“Qarabağ” – “Sabah”
Bakı. “Azərsun Arena”, 18:15.

5 dekabr

“Neftçi” – “Sumqayıt”
Bakı. “Bakcell Arena”, 16:00.

“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 18:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: