Azərbaycanın U-17 millisinin növbəti Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Arena.az xəbər verir ki, bu gün final mərhələsi 2023-cü ildə Macarıstanda təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
Püşkün nəticəsinə əsasən, Azərbaycanın U-17 millisi 2-ci qrupda Bosniya Herseqovina, Ukrayna və Lixtenşteyn komandaları ilə birgə mübarizə aparacaq.
Bu qrupun oyunları 24-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.


