Premyer Liqada ilin son oyunlarına hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü turun bütün təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, Peşəkar Futbol Liqası 2021-ci ilin son turunu idarə edəcək hakimlərin adlarını açıqlayıb.

“Qəbələ” – “Neftçi” matçını Kamal Umudlu idarə edəcək. “Sumqayıt” – “Keşlə” oyunu isə Əliyar Ağayevə tapşırılıb.

“Səbail” – “Sabah” matçında Elçin Məsiyev söz sahibi olacaq. Turun qapanış matçında üz-üzə gələcək “Qarabağ”la “Zirə”nin oyununu isə Rəvan Həmzəzadə idarə edəcək.

Azərbaycan Premyer Liqası
14-cü tur
15 dekabr

“Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 16:00.

“Sumqayıt” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

16 dekabr

“Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASCO Arena”, 16:30.

“Qarabağ” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: