“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 5-də Bakıda məşqləri bərpa edəcək.
Hazırlığın ikinci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qardaş ölkəyə yollanacaq komanda “Gloria Sports Arena”da məskunlaşacaq.
“Qarabağ” qardaş ölkədə beş yoxlama oyunu keçirəcək. Yanvarın 14-ü “Qaz Metan”la (Rumıniya) qarşılaşacaq Ağdam təmsilçisi yanvarın 21-də “Şlyonsk Vrotslav”la (Polşa) üz-üzə gələcək. Sonuncu yoxlama matçı isə yanvarın 25-də isə “Visla” (Krakov, Polşa) klubuna qarşı olacaq.
Yanvarın 21-də və 25-də daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın “Batska Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək.
“Qarabağ”ın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.


