“Sabah” Aleksandr Neçayev ilə gücləndi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu belaruslu qapıçı Aleksandr Neçayevi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı qolkiperlə 1.5 illik müqavilə imzalanıb.

Neçayev karyerası ərzində Belarusun “Dinamo” (Brest, 2014-2016), “Atlant” (Kobrin, 2015/16), “Lida” (2016/17) və “Rux” (2017-2022) komandalarında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: