“Qarabağ” Antalya toplanışını heç-heçə ilə başa vurdu

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Polşa “Visla”sı (Krakov) ilə üz-üzə gəlib.

Qurbanov bu görüşdə aşağıdak start heyətə güvənib: Luka Quqeşaşvili, Marko Veşoviç, Maksim Medvedev (k), Kevin Medina, Toral Bayramov, Qara Qarayev, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi, Abdella Zubir, İbrahima Vadji.

İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olub. Tərəflər matçı qolsuz başa vurublar.

Qeyd edək ki, Ağdam klubu əslində bu gün iki yoxlama oyunu keçirməli idi. Amma günün ilk yarısında keçirilməsi nəzərdə tutulan Çexiyanın “Bohemians” komandası ilə qarşılaşma baş tutmayıb. Buna Antalyanın Belek bölgəsinə yağan güclü qar səbəb olub. Belə ki, matçın keçiriləcəyi arenanı vaxtında qardan təmizləmək mümkün olmayıb. Belədə, tərəflər oyunun ləğvinə qərar veriblər.

Xatırladaq ki, “Qarabağ” Antalyada bundan əvvəl üç yoxlama oyunu keçirmişdi. Ağdam klubu Rumıniyanın “Qaz Metan” komandası ilə heç-heçə (0:0) edib, Serbiya “Baçka Topola”sı (0:1) və Polşa “Şlyonsk”una (2:3) isə uduzmuşdu.

Yoxlama oyunu
25 yanvar

Qarabağ – Visla 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: