Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, qış fasiləsindən sonrakı ilk turun oyunları 7 və 8 fevral tarixlərində keçiriləcək.
Ənənəvi olaraq, hər oyun günündə iki qarşılaşma baş tutacaq. İlk gündə “Keşlə” Zirə”ni qəbul edəcəksə, günün əsas qarşılaşması son çempion “Neftçi” ilə lider “Qarabağ” arasında baş tutacaq.
Sonuncu oyun günündə isə “Sabah” “Qəbələ”ni, “Səbail” isə “Sumqayıt”ı sınağa çəkəcək.
Azərbaycan Premyer Liqası
15-ci tur
7 fevral
“Keşlə” – “Zirə”
Bakı. “ASK Arena”, 16:00.
“Neftçi” – “Qarabağ”
Bakı. “Bakcell Arena”, 19:00.
8 fevral
“Sabah” – “Qəbələ”
Bakı. “Bank Respublika Arena”, 17:00.
“Səbail” – “Sumqayıt”
Bakı. “ASCO Arena”, 19:15.


