“Sabah” yubiley matçında ilkə imza atdı

“Sabah” futbol üzrə Azərbaycan kubokunda ilk dəfə heç-heçə edib. Arena.az xəbər verir ki, Bakı təmsilçisi buna yarışdakı yubiley – 10-cu matçında nail olub.

Paytaxt klubu 1/4 finalın “Neftçi” ilə səfərdəki ilk görüşündə həm yubiley, həm ilki gerçəkləşdirib – 1:1. Bunadək kubokda 9 qarşılaşmaya çıxan “Sabah” üç dəfə qalib gəlib, 6 dəfə uduzub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: