“Sabah” daha bir braziliyalı futbolçu transfer etdi

“Sabah” heyətinə daha bir legioner futbolçu cəlb edib. Arena.az xəbər verir ki, paytaxt klubu braziliyalı müdafiəçi Hiqor Qabrieli transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Braziliyanın “Fluminense” klubunun yetirməsi olan Hiqor Qabriel karyerası ərzində bu komanda ilə yanaşı, “Rio Branko” (Braziliya) klubunda da çıxış edib.

“Sabah” ötən gün daha bir braziliyalı futbolçu – Kristian da Silva Fil ilə də müqavilə bağlamışdı. Klub bu qış fasiləsi dönəmində qapıçı Alekandr Neçayevi də heyətinə qatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: