Premyer Liqa: “Neftçi” – “Qarabağ” matçı Umudluya tapşırıldı

Futbol üzrı Azərbaycan Premyer Liqasında 15-ci turun bütün təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, sabah start götürəcək turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçı olan “Keşlə” – “Zirə” qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək. Turun mərkəzi oyununu – “Neftçi” ilə “Qarabağ”ın görüşü isə Kamal Umudluya tapşırılıb.

Sonuncu oyun günündə baş tutacaq “Sabah” – “Qəbələ” matçını Elçin Məsiyev, “Səbail” – “Sumqayıt” görüşünü isə Rəvan Həmzəzadə idarə edəcək.

Azərbaycan Premyer Liqası
15-ci tur
7 fevral

“Keşlə” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASK Arena”, 16:00.

“Neftçi” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Bakcell Arena”, 19:00.

8 fevral

“Sabah” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Masazır. “Bank Respublika Arena”, 17:00.

“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASCO Arena”, 19:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: