Futbol üzrə Azərbaycan millisi mart ayında iki yoxlama oyunu keçirəcək. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Millimiz martın 25-də Malta ilə qarşılaşacaq. Bu oyuna yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00) start veriləcək.
Komandamız martın 29-da isə Latviya yığması ilə üz-üzə gələcək. Bu görüş də saat 13:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq.
Qeyd edək ki, hər iki oyun Maltada (National Stadium) keçiriləcək.


