Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, aşağı liqada qış fasiləsinə fevralın 15-də yekun vurulacaq.
2022-ci ilin ilk oyun günündə üç qarşılaşma baş tutacaq. “Qaradağ Lökbatan” doğma meydanda “Sumqayıt”ın ikinci komandasını qəbul edəcəksə, “Kəpəz” səfərdə “Qəbələ”nin əvəzediciləri ilə üz-üzə gələcək. Günün digər matçı isə “Sabah” və “Neftçi”nin əvəzediciləri arasında baş tutacaq.
Sonuncu oyun günündə də üç qarşılaşma keçiriləcək. “Zaqatala” evdə “Keşlə”nin ikinci komandasıyla qarşılaşacaq. “Zirə” və “Səbail”in əvəzedicilərinin qarşılaşacağı günün digər matçı da MOİK-lə “Turan Tovuz” arasında baş tutacaq.
Birinci Divizion
14-cü tur
15 fevral
“Qaradağ Lökbatan” – “Sumqayıt-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Qəbələ-2” – “Kəpəz”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.
“Sabah-2” – “Neftçi-2”
Binə qəsəbə stadionu, 14:30.
16 fevral
“Zaqatala” – “Keşlə-2”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
MOİK – “Turan Tovuz”
Binə qəsəbə stadionu, 14:30.
“Zirə-2” – “Səbail-2”
Bakı. “ASK Arena”, 15:00.


