Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Arena.az xəbər verir ki, gecənin ən maraqlı görüşü İtaliyada baş tutub.
Son ölkə çempionu “İnter” doğma meydanda İngiltərə “Liverpul”unu qəbul edib. “Cuzeppe Meatsa” stadionunda keçirilən və polşalı FİFA referisi Şimon Marçinyakın idarə etdiyi oyun qonaqların inamlı qələbəsiylə yekunlaşıb.
Gecənin digər oyununda Almaniya nəhəngi “Bayern” Avstriyada “Zalsburq”la qarşılaşıb. İngiltərəli Maykl Oliverin idarə etdiyi bu oyunda isə qalib müəyyənləşməyib. Münhen təmsilçisi məğlubiyyətdən son anda qurtulub.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk iki oyunu ötən gün keçirilmişdi. PSJ Fransada İspaniya “Real”ını 1:0, İngiltərə “Mançester Siti”si isə Portuqaliyada “Sportinq”i 5:0 hesabı ilə yenib. Bu raundun digər görüşləri fevralın 22-də və 23-də baş tutacaq.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
16 fevral
“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə) 0:2
Qol: Firmino, 75. Salah, 83.
Baş hakim: Şimon Marçinyak (Polşa)
“Zalsburq” (Avstriya) – “Bayern” (Almaniya) 1:1
Qol: Adamu, 21 – Koman, 90.
Baş hakim: Maykl Oliver (İngiltərə).


