Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu turun bir oyunu təxirə salınıb.
“Qarabağ” Avropa Konfrans Liqasında Marsel “Olimpik”i (Fransa) ilə pley-off oyunlarına görə “Sumqayıt”la matçının təxirə salınmasını istəyib. Bu üzdən “Sumqayıt”ın da razılığını əsas götürən Peşəkar Futbol Liqası bu matçı mayın 12-nə təxirə salıb.
Bu üzdən sabah və birigün cəmi 3 qarşılaşma baş tutacaq. Artıq bu oyunlar üçün bütün təyinatlar da müəyyənləşib. Turun açılış matçı olan “Qəbələ” – “Səbail” görüşünü Rauf Cabbarov idarə edəcək.
“Neftçi” – “Keşlə” matçını Fərid Hacıyev idarə edəcək. İkinci oyun gününə təsadüf edəcək “Zirə” – “Sabah” qarşılaşması isə Kamal Umudluya həvalə olunub.
Azərbaycan Premyer Liqası
16-cı tur
19 fevral
“Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu, 15:00.
“Neftçi” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “Bakcell Arena”, 17:15.
20 fevral
“Zirə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.


