Premyer Liqada 17-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 27 və 28 fevralda keçiriləcək.

Turun açılış matçında “Sabah” son çempion “Neftçi”ni qəbul edəcək. Günün digər qarşılaşması isə “Sumqayıt”la “Qəbələ” arasında baş tutacaq. Maraqlıdır ki, hər iki cütdəki komandalar bir neçə gün öncə kubokda da üz-üzə gəlmişdilər.

Sonuncu oyun günündə isə əvvəlcə “Səbail” “Zirə”ni qəbul edəcək. Turun qapanış matçında lider “Qarabağ” “Keşlə”nin qonağı olacaq.

Azərbaycan Premyer Liqası
17-ci tur
27 fevral

“Sabah” – “Neftçi”
Masazır. “Bank Respublika Arena”, 17:00.

“Sumqayıt” – “Qəbələ”
“Sumqayıt Arena”, 19:15.

28 fevral

“Səbail” – “Zirə”
Bakı. “ASCO Arena”, 17:00.

“Keşlə” – “Qarabağ”
Bakı. “ASK Arena”, 19:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: