Futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci turun bütün təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 5 və 6 martda keçiriləcək.
Turun açılış matçını – “Zirə” və “Sumqayıt” komandalarının oyununu Rauf Allahverdiyev idarə edəcək.
“Neftçi” və “Səbail” arasındakı qarşılaşma Kamal Umudluya tapşırılıb.
“Keşlə” – “Sabah” oyununun baş hakimi İnqilab Məmmədov olacaq. Turun qapanış matçında üz-üzə gələcək “Qarabağ”la “Qəbələ”nin oyununu isə Elçin Məsiyev idarə edəcək.
Azərbaycan Premyer Liqası
18-ci tur
5 mart
“Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu, 17:00
“Neftçi” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Bakı. “Bakcell Arena”, 19:15.
6 mart
“Keşlə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. “ASK Arena”, 17:00.
“Qarabağ” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bakı. “Azərsun Arena”, 19:15.


