Premyer Liqada 19-cu turun oyunları üçün hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Arena.az sizi növbəti turun təyinatları ilə tanış edir.

Turun açılış matçında üz-üzə gələcək “Səbail”lə “Keşlə”nin görüşünü Rauf Cabarov idarə edəcək. “Sabah” – “Qarabağ” matçı isə Fərid Hacıyevə həvalə olunub.

Sonuncu oyun gününə təsadüf edəcək “Qəbələ” – “Zirə” matçında FİFA referisi Əliyar Ağayev iş başında olacaq. Turun qapanış matçı olan “Neftçi” – “Sumqayıt” görüşünü isə Rəşad Əhmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası
19-cu tur
12 mart

“Səbail” – “Keşlə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “ASCO Arena”, 16:45.

“Sabah” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Masazır. “Bank Respublika Arena”, 19:00.

13 mart

“Qəbələ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 16:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Rahil Ramazanov, Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Bakcell Arena”, 18:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: