Premyer Liqa: “Qarabağ” 8 cavabsız qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Son turlarda uğursuz çıxışı ilə diqqət mərkəzində olan Qəbələ təmsilçisi bu oyunda da xalsız qalmağa yaxın idi. Lakin sözügedən kollektiv son anda “Sumqayıt”a məğlubiyyətdən xilas olmağı bacarıb.

Günün digər matçı lider “Qarabağ”la “Şamaxı” arasında baş tutub. Ağdam təmsilçisi bu oyunda rəqibini əzici hesabla – 8 cavabsız qolla məğlub edib.

Tura sabah keçiriləcək “Zirə” – “Səbail” və “Neftçi” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
23-cü tur
15 aprel

“Qəbələ” – “Sumqayıt” 1:1
Qol: İ.Alimi, 88 – A.Abdullayev, 17.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 24. Patrik Robson.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

Sumqayıt: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 60. Elvin Məmmədov, 9. Əli Qurbani, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev.
Baş məşqçi: Aleksey Baqa.


“Qarabağ” – “Şamaxı” 8:0
Qol: İ.Vadji, 8; 16; 30. F.Ozobiç, 20; 21. M.Veşoviç, 38. K.Borges, 45+2. M.Qurbanlı, 48.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə.
Bakı. “Azersun Arena”, 19:30.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Şamaxı: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 72. Aldair Neto, 6. Franko Flores, 9. Natan Oduva, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 95. Rəhman Daşdəmirov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 38. Sahib Həsənov, 5. Kərim Diniyev, 50. Samir Abdullayev, 71. Emin Quliyev, 70. Bahadur Həziyev, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov, 97. Qurban Səfərov.
Baş məşqçi: Sənan Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: