Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqa və Birinci Divizionda son oyunlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 22-ci turunun “Sabah” – “Zirə” oyununda “Sabah”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. Hakimlər otağı internet ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilib.
Divizion klublarının da cəzası açıqlandı
Birinci Divizionun 21-ci turunun “Zirə-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın futbolçusu Hüseyn Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
Birinci Divizionun 21-ci turununu MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK-in 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub. MOİK-in futbolçusu Nurlan Məmmədov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
Birinci Divizionda 21-ci turun “Zaqatala” – “Qəbələ-2” oyununda “Zaqatala”nın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 160 manat cərimə olunub. “Zaqatala”nın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 400 manat cərimə olunub. “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
Birinci Divizionun 21-ci turunun “Şamaxı-2” – “Neftçi-2” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
Birinci Divizionun 21-ci turunun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Kəpəz”in azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub 160 manat cərimə olunub.
Birinci Divizionun 21-ci turunun “Səbail-2” – “Sumqayıt-2” oyununda “Səbail”in futbolçusu Xəyal Bədirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyundan öncə “Sumqayıt”ın nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.


