Azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadə futbol üzrə Latviya çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, “Dauqavpils”in üzvü olan 22 yaşlı futbolçu 20-ci tur çərçivəsində baş tutan RFS ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı 0:4 hesablı məğlubiyyətlə tərk edib. Asim bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib.
20 turdan sonra 24 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Asim Əlizadə “Dauqavpils”də icarə əsasında çıxış edir. Martın əvvəlində Latviya klubuna keçən gənc futbolçu bu mövsümün sonuna, yəni noyabrın 20-dək “Dauqavpils”in uğurları üçün çalışacaq.
Asim “Neftçi”nin əvəzedici komandasının aparıcı futbolçularından biri idi. Yarımmüdafiəçi Azərbaycanın U-21 yığmasının da üzvü olub.


