“Turan Tovuz” daha bir gürcü futbolçu transfer etdi

Premyer Liqanın yeni iştirakçılarından olan “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Tovuz klubu gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidzeni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Son mövsümü “Telavi”də keçirmiş Piruzi Marakvelidze Tiflis “Dinamo”sunun yetirməsidir. O, vətənində “Zestafoni”, “Merani” və “Liakvi”nin də formasını geyinib. Piruzi Marakvelidze son mövsümdə “Telavi”nin heyətində 12 oyun keçirib. O, bu oyunlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Turan Tovuz” bu gün daha bir gürcü futbolçu – yarımmüdafiəçi İmeda Aşortiya ilə də müqavilə imzalandığını açıqlamışdı. Tovuz klubu daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov və Ehtiram Şahverdiyevi transfer etmişdi. Tovuz klubu həmçinin “Sabah”dan Veysəl Rzayevlə Şakir Seyidovu, “Neftçi”dən isə Turan Vəlizadə və Xəyal Nəcəfovu icarəyə götürüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: