Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” daha bir futbolçu transfer edib. Arena.az xəbər verir ki, Tovuz klubu sabiq oyunçusu Vüsal Məsimovu heyətinə qatıb.
Son mövsümü “Kəpəz”də keçirmiş 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vüsal Məsimov Tovuz futbol məktəbinin yetirməsidir. O, “Turan Tovuz”un heyətində 2019/20 mövsümündə qızıl, 2020/2021 mövsümündə isə bürünc medallara sahib olub.
“Turan Tovuz” daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, İmeda Aşortiya, Cavid Tağıyev, Piruzi Marakvelidze və Ayxan Hüseynovu da transfer etmişdi. Tovuz klubu həmçinin “Sabah”dan Veysəl Rzayevlə Şakir Seyidovu, “Neftçi”dən isə Turan Vəlizadə və Xəyal Nəcəfovu icarəyə götürüb.


