Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 4-cü tur çərçivəsində “Havadar”la qarşılaşıb.
Məşhur Qurban Berdıyevin çalışdırdığı komanda bu rəqiblə doğma meydanda qarşılaşıb. İlk üç turda cəmi 1 xal qazanmış “traktorçular” bu dəfə də qələbə qazana bilməyiblər. Qarşılaşma qolsuz yekunlaşıb – 0:0.
Dörd turdan sonra 2 xala malik “Traktor” 16 iştirakçı arasında 15-cidir. Təbriz təmsilçisi növbəti matçını sentyabrın 5-də səfərdə “Aluminium Arak”a qarşı keçirəcək.


