Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” klubu braziliyalı müdafiəçisi Hiqor Qabriel ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi legionerini Ukraynanın “Lvov” klubuna icarəyə verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, icarə müqaviləsinin müddəti 2023-cü il 30 iyununa qədərdir.
Xatırladaq ki, Hiqor Qabriel ötən ilin fevral ayından “Sabah”ın üzvüdür. O, cari mövsümün ilk yarısında Belarusun “Dinamo” (Minsk) komandasında icarə əsasında çıxış edib. 23 yaşlı müdafiəçi “Sabah”da cəmi 2 matça çıxıb.


