“Arsenal”ın baş məşqçisi Mikel Arteta ingilis yarımmüdafiəçi Deklan Raysın “topçular”ın düşərgəsinə keçidini şərh edib.
Arena.az “Arsenal”ın mətbuat xidmətinə istinadən Artetanını bu xüsusda fikrini diqqətinizə çatdırır:
“Deklanın bizim düşərgəmizə keçməyinə çox şadıq. O, bir neçə mövsümdür ki, Premyer Liqada və İngiltərə yığmasında yüksək səviyyədə çıxış edən inanılmaz qabiliyyətə malik oyunçudur. Deklan istənilən komandaya keyfiyyət əlavə edir. O, “Arsenal”da böyük uğura nail olcacaq potensiala sahib böyük istedaddır.
Deklanın cəmi 24 yaşı olmasına rəğmən, Premyer Liqada çox böyük iştirak təcrübəsi var. O, çox yaxşı komandanın kapitanı idi və yaxınlarda öz klubunu Konfrans Liqasında qələbəyə gətirə bildi. Onun üzərinə götürdüyü məsuliyyət və rol heyranedicidir”.
Geridə qalmış 2022/2023 mövsümündə kapitan Deklan Rays “Vest Hem”in heyətində 50 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə verib, “çəkicdöyənlər”lə Konfrans Liqasının qalibi olmaqla yanaşı, turnirin ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, Raysın “Arsenal”a keçidi “topçular”a bonuslar nəzərə alınmaqla 122 milyon avroya başa gəlib ki, bu da Böyük Britaniya futbol bazarının mütləq rekordudur.


