Stoiçkov: “Messi futbolu sevir, pulun marağında deyil”

Bolqarıstan yığmasının sabiq əfsanəvi hücumçusu Xristo Stoiçkov argentinalı ulduz hücumçu Lionel Messi haqda danışıb.

Arena.az bu barədə “Stats Perform”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Stoiçkov Messinin Səudiyyə Ərəbistanına köçməkdən imtina etməsinə münasibət bildirib.

Xatırladaq ki, “Barselona”nın və PSJ-nin sabiq hücumçusu Messi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”dan aldığı təklifə rəğmən, MLS təmsilçisi “İnter Mayami”yə keçib.

“Biz pul üçün deyil, sevgi naminə oynayırdıq. Bu, böyüklüyə şahidlik edir. Mənim üçün maaşımı və ya bonuslarımı bilmək vacib deyildi, daha çox oynamaq və insanların məni dəyərləndirməsi vacib idi. Yerdə qalanı ilə agentlər məşğul olardılar.

Messi yarışmağa və oynamaq üçün gəlir və onu pullar qayğılandırmır, çünki o, futbolu sevir”, deyə Stoiçkov bildirib.

Xatırladaq ki, Messi geridə qalmış 2022/2023 mövsümünün bitməsi ilə PSJ-dən azad agent qismində ayrılaraq “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: