RFS “Sabah”la oyundan öncə darmadağına sevindi

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan RFS Latviya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Riqa təmsilçisi ölkə çempionatının 23-cü turu çərçivəsində səfərdə “Auda” ilə qarşılaşıb.

“Sabah”ın rəqibi bu oyunda 5:2 hesablı qələbəyə sevinib. Riqalıların heyətində İsmael Diomande pokerə imza atıb. O, 53, 57, 73 və 82-ci dəqiqələrdə fərqlənib. Komandanın digər qoluna isə 55-ci dəqiqədə Yanis İkaunieks imza atıb. Meydan sahiblərinin gücü isə yalnız 90 və 90+2-ci dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çatıb.

Bu qələbə ilə xallarının sayını 55-ə çatdıran komanda liderliyə yüksəlib.

Xatırladaq ki, “Sabah”la RFS arasında ilk oyun iyulun 26-da Riqada baş tutacaq. Cavab görüşü isə avqustun 3-də Masazırda keçiriləcək. Hər iki oyun saat 20:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi izləyin: