Arteta: “Qvardiola dedi ki, razı olmasan, dalını incidəcəyəm”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiolanın onun karyerasında və həyatındakı rolundan danışıb.

Arena.az bu barədə GQ portalına istinadən məlumat verir.

Mikel Arteta Pepin onu “topçular”a rəhbərlik etmək təklifini qəbul etməyə və onu bu işə necə ruhlandırmağa çalışdığını təsvir edib:

“Qvardiola əvvəlcədən, tanışlığımız günündən mənə qayğı göstərib. Və o gündən mən ona həqiqətən bağlandım. Məni “Mançester Siti”yə götürdü, çünki məndə onun üçün canını verməyə hazır bir insanı gördü.

“Arsenal” mənə komandaya rəhbərlik etməyi təklif edəndə, buna hazır olmadığımdan qorxurdum. Mövsümün ortası gedirdi, bu isə, mənim baş məşqçi kimi ilk işim idi. Onda Qvardiola yanıma gəldi və dedi: “Sən hazırsan. Əgər sən bunu etməsən, mən sənin dalını incidəcəyəm”, deyə Arteta bildirib.

Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə Artetanın rəhbərlik etdiyi “Arsenal” Qvardiolanın çalışdırdığı “Mançester Siti” ilə İngiltərə Premyer Liqasında çempionluq uğurunda xeyli müddət bərabər, başa-baş mabarizə aparıb. “Topçular” çempionata uğurla başlayıb üstünlük əldə etsələr də, yazda bir neçə uğursuz oyundan sonra “şəhərlilər”i önə buraxmışdılar. Nəticədə “Mançester Siti” 89 xalla İngiltərə Premyer Liqasını qazanmış, “Arsenal” isə 84 xal toplayaraq, gümüş medalla kifayətlənmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: