“Əl-Nəsr”in portuqal superulduzu, hücumçu Kristiano Ronaldo komandasının “Əl-Şəbab”la oyunda qazandığı qələbəni şərh edib.
Arena.az məlumat verir ki, Ronaldo bu barədə sosial şəbəkərdən birində yazıb:
“Bizim stadionumuzda nə gözəl ab-hava var! Bu qələbəni azarkeşlərimizlə qeyd etdiyim üçün çox şadam! Komandamızın fantastik oyunu! İrəli, “Əl-Nəsr”, – Ronaldo oyunundan və qələbədən ilhamlanaraq çağırış edib.
Xatırladaq ki, avqustun 29-da Kristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” “Əl-Şəbab”ı qəbul edib və 4:0 hesabı ilə qələbə qazanıb. Ronaldo hər ikisi penaltidən olmaqla “dubl”a imza atıb və komanda yoldaşı Sadio Maneyə məhsuldar ötürmə verməklə, komandasının qələbəsinə öz töhfəsini bəxş edib.
Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal superulduzun klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ötən mövsüm Kristiano Ronaldo “Əl-Nəsr”in heyətində 19 oyun keçirib, 14 qol vurub, 2 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Ronaldonun 4 oyunda 5 qolu və 3 məhsuldar ötürməsi var.


