İspaniya millisi AÇ-2024-ün təsnifat mərhələsi çərçivəsində Gürcüstan yığması ilə oyunda iştirak üçün Tiflisə gəlib.
Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, səfər zamanı qəziyyə baş verib.
Belə ki, İspaniya yığmasının oyunçularının butslarından, qapıçı əlcəklərindən və digər zəruri idman ləvazimatları dəstindən ibarət yük itirilib.
Mənbənin məlumatına görə, indi ispan futbolçular daha çox fiziki hazırlıqla məşğul olurlar. Onlar meydanda məşq etmək, zalda çalışmaq üçün nəzərdə tutulmuş ayaqqabılarla keçinirlər.
Hadisə dərhal ağzıgöyçək mətbuat əhlinin lağlağısına rəvac verən yumoristik, baməzə şərhlərlə bəzənib. Məsələnin çözülməsi ilə bağlı əlaqədar ünvanlara müraciət ünvanlanıb.
İspaniya və Gürcüstan yığmaları arasında oyun bu gün, sentyabrın 8-də baş tutacaq. Oyun Gürcüstanın paytaxtı Tiflisiəki “Boris Payçadze” stadionunda (“Dinamo Arena”) baş tutacaq.
İspaniya millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi 2 oyunda 1 qələbə qazanıb, 1 məğlubiyyət alıb və 3 xalla A qrupunda 4-cü pillədə qərarlaşıb, komandanın top fərqi 2:1 (+1)-dir. Gürcüstan yığması isə 3 oyundan 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə 2-ci sırada yer alıb, topların fərqi isə 3:4 (-1)-dir.
A qrupuna, keçirdiyi 4 oyunda mütləq nəticə göstərmiş Şotlandiya yığması 12 xalla liderlik edir, top fərqi 9:1 (+8)-dir.


