2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 5-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qrup (C, F və İ qrupları) üzrə 7 qarşılaşma baş tutub.
C qrupunda İngiltərə yığması Ukraynanın, İtaliya millisi isə Şimali Makedoniyanın qonağı olub. Hər iki oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
F qrupunda Azərbaycan millisi doğma meydanda Belçika yığması ilə münasibətlərini aydınlaşdırıb. Komandamız iddialı rəqibinə minimal hesabla uduzub. Qrupun digər matçında Estoniya və İsveç yığmaları üz-üzə gəliblər. İsveç millisi səfərdə 5 cavabsız qolla qalib gəlib.
İ qrupunda da Andorra Belarusu, Kosovo İsveçrəni, Rumıniya isə İsraili qəbul edib. Andorradakı görüşdə qapılara qol vurulmayıb. Digər iki oyunda da qapılara qol vurulmasına rəğmən, qalib müəyyənləşməyib.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 5-ci tur
9 sentyabr
C qrupu
Ukrayna – İngiltərə 1:1
Qollar: Zinçenko, 26 – Uolker, 41.
Şimali Makedoniya – İtaliya 1:1
Qollar: Bardi, 81 – İmmobile, 47.
Xal: İngiltərə – 13. Ukrayna – 7. İtaliya – 4. Şimali Makedoniya – 4. Malta – 0.
F qrupu
Azərbaycan – Belçika 0:1
Qol: Karrasko, 38.
Estoniya – İsveç 0:5
Qollar: Qyokeres, 18. Kuluşevski, 24. İsak, 39. Kayson, 75. Klaesson, 90+2.
Xal: Belçika – 10. Avstriya – 10. İsveç – 6. Estoniya – 1. Azərbaycan – 1.
İ qrupu
Andorra – Belarus 0:0
Kosovo – İsveçrə 2:2
Qollar: Muriqi, 65; 90+4 – Freuler, 14. Rahmani, 79-öz qapısına.
Rumıniya – İsrail 1:1
Qollar: Alibek, 27 – Qlux, 53.
Xal: İsveçrə – 11. Rumıniya – 9. İsrail – 8. Belarus – 4. Kosovo – 4. Andorra – 2.


