Araz Abdullayev üçün Kosovoda 17 dəqiqə və 3 xal

Azərbaycanlı yarımmüdafiəçi, 31 yaşlı futbolçu Araz Abdullayev Kosovonun “Lapi” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Kosovo Super Liqasının 5-ci turu çərçivəsində baş tutan “Feronikeli” ilə matçın iştirakçısı olub.

Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:0. Araz görüşün 73-cü dəqiqəsində meydana buraxılıb.

Bu qələbədən sonra “Lapi” 10 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.

Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu yay öncə 1 illik müqavilə imzalayıb. O, bu komandada artıq 3 oyun keçirsə də, fərqlənə bilməyib.

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Araz Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: