Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” klubu braziliyalı müdafiəçisi Hiqor Qabriel ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 24 yaşlı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Sabah” braziliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Hiqor Qabriel ötən ilin fevral ayından “Sabah”ın üzvü idi. Müdafiəçi “Sabah”da cəmi 2 matça çıxıb. O, ötən mövsümün ilk yarısında Belarusun “Dinamo” (Minsk) komandasında icarə əsasında çıxış edib. “Sabah” braziliyalı futbolçunu mövsümün ikinci dövrəsində də Ukraynanın “Lvov” klubuna icarəyə vermişdi.


