Polşa yığması AÇ-2024 təsnifatında Farer adaları ilə səfər oyununa (2:0) gəlmiş azarkeşlərin bir qismini çarter reysi ilə Varşavaya aparıb.
Arena.az bu barədə “Reuters”ə istinadən məlumat verir.
Poşa yığması oktyabrın 13-ü cümə günü axşam saatlarında Atlantik okeanının şimalındakı arxipelaqdan uçmalı idi. Amma pis hava şəraitinə görə komanda Farer adalarını yalnız ertəsi gün tərk edə bilib. Polşalı azarkeşlər də uçuş gecikmələri və ləğvləri ilə üzləşdiklərinə görə, PZPN aviaşirkətləri onları Varşavaya qayıtmaq üçün milli komandaya qoşulmağa dəvət edib.
Ümumilikdə, PZPN çarter reysi ilə təxminən 10 azarkeş aparılıb. Onların arasında 12 dünya çempionatını ziyarət etmiş və Polşa yığmasının oyunlarına kral paltarında və tac taxaraq gələn “Polşa azarkeşlərinin kralı” Anjey Bobovski də olub.


