Messi Ronaldo ilə rəqabəti haqda: “Bu, möhtəşəm mübarizə idi”

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi “Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo ilə uzunmüddətli rəqabətindən danışıb.

Arena.az “L’Euipe” nəşrinə istinadən məlumat verir ki, tərəflərin idman qarşıdurmasının futbol dövrünün rəmzinə çevrildiyi rəqabətini Messi öz fikrincə, epik döyüş olaraq qiymətləndirir:

“Bu, böyük bir döyüş idi. Atletik baxımından Kristiano çox yaxşı idi. Düşünürəm ki, rəqabətimizlə bir-birimizə fayda gətirmişik, çünki ikimiz də yarışmağı sevirik. O da həmişə hamını məğlub etmək istəyirdi.

Düşünürəm ki, bu, bizim və futbolsevərlər üçün çox gözəl hekayə oldu. Bu müddət ərzində gördüyümüz işlər çox dəyərlidir. Çünki, necə deyərlər, zirvəyə çıxmaq asan, orada qalmaq isə çətindir. 10-15 il zirvədə qaldıq, nə qədər olduğunu dəqiq bilmirəm, amma çətin idi. Bu səviyyədə qalmaq çox çətin idi və düşünürəm ki, bu, futbolu sevən hər kəs üçün böyük qarşıdurma və gözəl xatirədir”, deyə Leo bildirib.

Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” nəşri ötən mövsümün ən yaxşı futbolçusuna mükafatın təqdim edilməsi mərasimini təşkil edib. Səsvermənin nəticələrinə əsasən, Messi karyerasında səkkizinci “Qızıl top”a layiq görülüb.

“Qızıl top” tarixində mükafata ən çox – 19 dəfə namizəd olmuş Kristiano Ronaldo isə ilk dəfə olaraq namizədlərin siyahısında yer almayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: