Neymar transferlərinə ən çox xərc çəkilmiş futbolçudur

Nüfuzlu “Transfermarkt” internet-portalı futbolçu karyerası ərzində transferlərinə ən çox xərc çəkilmiş futbolçuların siyahısını dərc edib.

Arena.az məlumat verir ki, müvafiq siyahıda 1-ci yeri 3 transferinə təxminən 400 milyon avro xərclənmiş “Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar tutur.

2-ci pillədə “Roma”nın belçikalı mərkəz hücumçusu Romelu Lukaku qərarlaşıb. 8 transferi müqabilində Lukakuya ümumilikdə 339 milyon avro xərclənib.

3-cü pillədə “Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo yer alıb. Ronaldonun 4 transferi üçün klublar 247 milyon avro xərcə düşüblər.

Karyerası ərzində ən çox transfer xərclərinə malik futbolçuların onluğunu diqqətinizə çatdırırıq:

  1. Neymar (“Əl-Hilal”, 3 transferinə 400 milyon avro);
  2. Romelu Lukaku (“Roma”, 8 transferinə 339 milyon avro);
  3. Kristiano Ronaldo (“Əl-Nəsr”, 4 transferinə 247 milyon avro);
  4. Usman Dembele (PSJ, 3 transferinə 220 milyon avro);
  5. Alvaro Morata (“Atletiko” Madrid, 6 transferinə 189 milyon avro);
  6. Filippe Koutinyo (“Əl-Duhail”, 5 transferinə 180 milyon avro);
  7. Antuan Qrizmann (“Atletiko” Madrid, 4 transferinə 180 milyon avro);
  8. Kilian Mbappe (PSJ, 1 transferinə 180 milyon avro);
  9. Anxel Di Mariya (“Benfika”, 4 transferinə 179 milyon avro);
  10. Zlatan İbrahimoviç (təqaüdçü, 7 transferinə 169 milyon avro).
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: