Kristiano Ronaldo da idman zalından şəklini paylaşdı

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisi “Əl-Nəsr”in ulduzu, portuqal hücumçu Kristiano Ronaldo idman zalından şəklini paylaşıb.

Arena.az məlumat verir ki, şəkildə Ronaldo fiziki hazırlığını nümayiş etdirib.

Maraqlıdır ki, bir neçə gün əvvəl də oxşar məzmunda şəkli Ronaldonun əzəli rəqibi, “İnter”in argentinalı ulduzu, hücumçu Lionel Messi paylaşmışdı. Amma “Leo”nun yanında həyat yoldaşı Antonella Rokkusso vardı. Vurğulayaq ki, bu paylaşmasından sonra Messinin yaxşı fiziki forması şərhlərdə fəal surətdə müzakirə edilir.
Ronaldo isə şəkildən də göründüyü kimi möhtəşəm fiziki formadadır.

“Sükanı belə saxla, Kriş”, – istifadəçilərdən biri sosial şəbəkədə ilk şərhlərdən birində şəklə dair yazıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 23 qol vurub, 11 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 19 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var.

Ulduz futbolçu 2023 təqvim ilində 53 qolla ən sərrast futbolçuların siyahısında liderdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: