“Qarabağ”ın rəqibi “Braqa” 2023-cü ili qələbə ilə başa vurdu

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya çempionatının 15-ci turu çərçivəsində “Kaza Piya” ilə qarşılaşıb.

Rəqib meydanında baş tutan bu oyun Braqanın eyniadlı təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb – 3:1. Qonaqların heyətində Joao Moutinyo (51-ci dəqiqə), Simon Banza (77) və Rodriqo Salasar (88) fərqləniblər. Meydan sahiblərinin gücü yalnız 74-cü dəqiqədə penaltidən vurduqları təsəlli qoluna çatıb.

Bu qələbədən sonra braqalılar 32 xalla 5-ci pillədə qərarlaşıblar. Bu komanda növbəti matçını yanvarın 7-də doğma meydanda “Vitoriya Gimaraynş”a qarşı keçirəcək.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun 2024-cü ilin fevral ayının 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: