Ten Haq “Liverpul” üzərində möhtəşəm qələbədən danışdı

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Kubokunun 1/4 finalında “Liverpul” üzərində qələbəsini (4:3) şərh edib.

Arena.az məlumat verir ki, “Old Trafford”də keçirilmş dramatik oyunda “qırmızı şeytanlar” “Liverpul”u əlavə vaxtın təzminat dəqiqələrində (120+1) vurduqları qolla mübarizədən kənarlaşdırıblar.

“Düşünürəm ki, ilk 35 dəqiqə bizim mövsümün ən yaxşısı idi.
Biz həqiqətən orada idik, bir komanda kimi çıxış etdik. Ancaq sonra xətlər arasında boşluqlar yaranır, buna isə “Liverpul”a qarşı yol verə bilməzsiniz. Sonra onlar səndən üstün olurlar, fasilədən sonra isə hər şey davam edir.

Bizə dəyişmək gərək oldu. Risk etdik, təkbətək çıxdıq, oyunçular da əntiqə idilər – zehniyyət, münasibət çox gözəl idi. Onların bu oyunda qələbə qazanacaqlarına böyük inamları vardı. Biz buna getdik və buna nail olduq”, – deyə Ten Haq oyundan sonra jurnalistlərə bildirib.

“Mançester Yunayted” İngiltərə Kubokunun yarımfinalında səfərdə “Koventri Siti” ilə qarşılaşacaq. Oyun aprelin 20-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: