Argentina Futbol Assosiasiyası (AFA) 2024-cü il Amerika Kubokunun başlanğıcı ərəfəsində yoldaşlıq oyunlarına heyətini açıqlayıb.
Arena.az Argentina Futbol Assosiasiyasının rəsmi saytına istinadən, “albiseleste”nin Ekvador (9 iyun) və Qvatemala (14 iyun) yığma komandaları ilə yoldaşlıq oyunlarına cəlb etdiyi genişləndirilmiş heyətini təqdim edir.
Genişləndirilmiş heyətdə 29 oyunçu yer alıb. Yığmanın veteran liderləri – Lionel Messi və Anxel Di Mariyanın da heyətdə olması diqqət çəkir.
Qapıçılar: Franko Armani (“River Pleyt”), Emiliano Martines (“Aston Villa”), Xeronimo Rulyi (“Ayaks”);
Müdafiəçilər: Qonsalo Montyel (“Nottingem Forest”), Nauel Molina (“Atletiko” (Madrid)), Leonardo Balerdi (“Olimpik” (Marsel)), Kristian Romero (“Tottenhem”), Xerman Pesselya (“Betis”), Lukas Kuarta (“Fiorentina”), Nikolas Otamendi (“Benfika”), Lisandro Martines (“Mançester Yunayted”), Markos Akunya (“Sevilya”), Nikolas Talyafiko (“Olimpik” (Lion)), Valentin Barko (“Brayton”);
Yarımmüdafiəçilər: Qvido Rodriges (“Betis”), Leandro Paredes (“Roma”), Aleksis Makallister (“Liverpul”), Rodriqo De Paul (“Atletiko” (Madrid)), Esekiel Palasios (“Bayer”), Entso Fernandes (“Çelsi”), Covani Lo Çelso (“Tottenhem”), Anxel Di Mariya (“Benfika”), Valentin Karboni (“Montsa”);
Hücumçular: Lionel Messi (“İnter Mayami”), Anxel Korrea (“Atletiko” (Madrid)), Alexandro Qarnaço (“Mançester Yunayted”), Nikolas Qonsales (“Fiorentina”), Lautaro Martines (“İnter”), Xulian Alvares (“Mançester Siti”).
Xatırladaq ki, Cənubi Amerika milliləri qitə miqyaslı yarışa yalnız 25 futbolçunu cəlb edə bilərlər. Argentina yığmasının məşqçilər qərargahı Amerika Kubokuna hazırlığın sonuna qədər onları müəyyənləşdirəcək.
2024-cü il Amerika Kuboku cari ilin iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək. Argentina yığması yarışı iyunun 20-də “A” qrupunda Peru yığması ilə keçirəcəyi oyunla açacaq. “Albiseleste”nin qrup mərhələsində digər rəqibləri isə Çili və Kanada yığmalarıdır.


