Kevin De Bröyne – Premyer Liqada ən ödənişli futbolçu!

Belçika yığmasının və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne İngiltərə Premyer Liqasının ən ödənişli futbolçusudur.

Arena.az məlumat verir ki, “Capology” maliyyə portalı futbol üzrə İngiltərə Premyer Liqasının ən ödənişli futbolçularının üçlüyünü açıqlayıb.

Premyer Liqanın ən ödənişli futbolçusu Belçika yığmasının və “Mançester Siti”nin hücumameylli yarımmüdafiəçisi Kevin De Bröynedir. Belçikalı yarımmüdafiəçi ildə 20,8 milyon funt-sterlinq (24,6 milyon avro) məbləğində qazanc əldə edir.

2-ci pillədə də “şəhərlilər”in futbolçusu yer alıb. Norveç yığmasının mərkəz hücumçusu Erlinq Halandın qazancı ildə 19,5 milyon funt-sterlinq (23,1 milyon avro) məbləğindədir.

İlk üçlüyü isə Misir yığmasının və “Liverpul”un sağ vingeri Məhəmməd Salah qapayır. Misirli ulduz ildə 18,2 milyon funt-sterlinq (21,6 milyon avro) məbləğində gəlir götürür.

Xəbəri sosial şəbəkələrdə paylaş: