La Liqa: “Real” mövsümün ilk oyununda xal itirdi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha dörd komanda yeni mövsümdə ilk matçına çıxıb.

Üç qolun qeydə alındığı “Real Sosyedad” – “Rayo Valyekano” matçında qonaqlar qələbə qazanblar.

Son çempion “Real” isə səfərdə “Malyorka” ilə qarşılaşıb. Madrid təmsilçisi erkən qolla hesabı açdığı bu oyundan xal itkisi ilə ayrılıb.

La Liqada yeni mövsümün ilk turuna avqustun 19-da yekun vurulacaq.

İspaniya, La Liqa
1-ci tur
15 avqust

Atletik – Xetafe 1:1
Qollar: Sanset, 27 – Uçe, 64.

Betis – Jirona 1:1
Qollar: Bartra, 6 – Misehoy, 72.

16 avqust

Selta – Alaves 2:1
Qol: Svedberq, 66. Aspas, 84 – K.Qarsiya, 17.

Las Palmas – Sevilya 2:2
Qollar: Nyanzu, 42-öz qapısına. Ramires, 71 – A.Suares, 25-öz qapısına. Sançes, 61.

17 avqust

Osasuna – Leqanes 1:1
Qollar: Soriano, 79-öz qapısına – Krus, 22.

Valensiya – Barselona 1:2
Qollar: Duro, 44 – Levandovski, 45+5; 48-pen.

18 avqust

Real Sosyedad – Rayo Valyekano 1:2
Qollar: Subimendi, 90+8 – De Frutos, 67. Kamelyo, 84.

Malyorka – Real 1:1
Qollar: Muriqi, 53 – Rodriqo, 13.

19 avqust

21:00. Valyadolid – Espanyol
23:30. Vilyarreal – Atletiko

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: