2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində bu gün 5-ci tura start veriləcək.
Arena.az xəbər verir ki, bu gün 4 qrup (B, E, G və H qrupları) üzrə 9 qarşılaşma baş tutacaq.
Qətərdə keçirilmiş son dünya çempionatının finalçısı Fransa millisi İrlandiyanı qəbul edəcək. B qrupunun digər matçında Yunanıstan Niderland yığmasının qonağı olacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 5-ci tur
7 sentyabr
B qrupu
22:45. Fransa – İrlandiya
22:45. Niderland – Yunanıstan
Xal: Fransa – 12. Yunanıstan – 6. İrlandiya – 3. Niderland – 3. Cəbəllütariq – 0.
E qrupu
22:45. Çexiya – Albaniya
22:45. Polşa – Farer adaları
Xal: Çexiya – 7. Albaniya – 6. Moldova – 5. Polşa – 3. Farer adaları – 1.
G qrupu
20:00. Litva – Monteneqro
22:45. Serbiya – Macarıstan
Xal: Macarıstan – 7. Serbiya – 7. Monteneqro – 4. Bolqarıstan – 2. Litva – 1.
H qrupu
18:00. Qazaxıstan – Finlandiya
22:45. Danimarka – San Marino
22:45. Sloveniya – Şimali İrlandiya
Xal: Finlandiya – 9. Qazaxıstan – 9. Danimarka – 7. Sloveniya – 7. Şimali İrlandiya – 3. San-Marino – 0.