2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 8-ci tura start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qrup (A, D, E və İ qrupları) üzrə 8 qarşılaşma baş tutacaq.
A qrupunda Gürcüstan yığması Kipri, Norveç millisi isə İspaniyanı qəbul edəcək.
D qrupunda Uels – Xorvatiya və Türkiyə – Latviya görüşləri baş tutacaq.
E qrupunda Çexiya evdə Farer adalarını, Polşa isə Moldovanı sınağa çəkəcək.
İ qrupunda da İsveçrə doğma meydanda Belarusla, Rumıniya isə Andorra ilə qarşılaşacaq. Bu qrupun Kosovo – İsrail oyunu isə təxirə salınıb.
Xatırladaq ki, artıq Portuqaliya, Fransa və Belçika yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 8-ci tur
15 oktyabr
A qrupu
17:00. Gürcüstan – Kipr
22:45. Norveç – İspaniya
Xal: Şotlandiya – 15. İspaniya – 12. Norveç – 10. Gürcüstan – 4. Kipr – 0.
D qrupu
22:45. Uels – Xorvatiya
22:45. Türkiyə – Latviya
Xal: Türkiyə – 13. Xorvatiya – 10. Ermənistan – 7. Uels – 7. Latviya – 3.
E qrupu
20:00. Çexiya – Farer adaları
22:45. Polşa – Moldova
Xal: Albaniya – 13. Polşa – 9. Çexiya – 8. Moldova – 8. Farer adaları – 1.
İ qrupu
20:00. İsveçrə – Belarus
22:45. Rumıniya – Andorra
22:45. Kosovo – İsrail oyunu təxirə salınıb
Xal: İsveçrə – 14. Rumıniya – 13. İsrail – 11. Kosovo – 7. Belarus – 5. Andorra – 2.


