2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 6-cı tura yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qrup (A, C, F və İ qrupları) üzrə 9 qarşılaşma baş tutacaq.
A qrupunda İspaniya yığması xala həsrət olan Kiprlə üz-üzə gələcək. Norveç yığması isə Gürcüstan seçməsini qəbul edəcək.
C qrupunda uğursuz çıxışı ilə diqqət çəkən İtaliya millisi bu dəfə Ukrayna yığmasını qəbul edəcək. Qrupun digər oyununda Malta və Şimali Makedoniya yığmaları qarşılaşacaqlar.
Azərbaycan millisinin də yer aldığı F qrupunda bir neçə gün öncə Bakıda 1:0 hesablı qələbəyə sevinmiş Belçika yığması Estoniyanı sınağa çəkəcək. Qrupun digər matçı İsveç və Avstriya yığmaları arasında baş tutacaq.
İ qrupunda da İsrail Belarusu, Rumıniya Kosovonu, İsveçrə də Andorranı qəbul edəcək.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 6-cı tur
12 sentyabr
A qrupu
22:45. İspaniya – Kipr
22:45. Norveç – Gürcüstan
Xal: Şotlandiya – 15. İspaniya – 6. Norveç – 4. Gürcüstan – 4. Kipr – 0.
C qrupu
22:45. İtaliya – Ukrayna
22:45. Malta – Şimali Makedoniya
Xal: İngiltərə – 13. Ukrayna – 7. İtaliya – 4. Şimali Makedoniya – 4. Malta – 4.
F qrupu
22:45. Belçika – Estoniya
22:45. İsveç – Avstriya
Xal: Belçika – 10. Avstriya – 10. İsveç – 6. Estoniya – 1. Azərbaycan – 1.
İ qrupu
22:45. İsrail – Belarus
22:45. Rumıniya – Kosovo
22:45. İsveçrə – Andorra
Xal: İsveçrə – 11. Rumıniya – 9. İsrail – 8. Belarus – 4. Kosovo – 4. Andorra – 2.


